1. Dava təbili vuruldu ... pəhləvanlar meydana çıxdılar.
2. Heç kim ağ atlı oğlanı tanımadı, ... o, üzünə niqab bağlamışdı.
3. Dəmirbilək pəhləvan çox çalışdı, ... ağ atlı oğlana güc gələ bilmədi.
Mürəkkəb cümlənin tərkib hissələri arasında vergül işarəsi və köməkçi
sözlərdən istifadə olunur. Belə köməkçi sözlər bağlayıcı adlanır.
1. Göy guruldadı, yağış yağdı.
2. Göy guruldadı və yağış yağdı.
3. Həsən dərsi izah etdi, lakin Səlim anlamadı.
4. Günəş ətrafı əvvəlki kimi isitmirdi, çünki qış gəlmişdi.
1. Zəng vurulur, şagirdlər sinfə daxil olurlar.
2. Yaz gəlmişdi, ancaq havalar hələ isinməmişdi.
3. Sara çox sevinirdi, çünki atası cəbhədən qayıtmışdı.
4. Şairlər bu haqda şeirlər yazır, bəstəkarlar mahnılar bəstələyirlər.
5. Nənə nağıl danışır, uşaqlar onu dinləyirlər.
Amma, ancaq, lakin, çünki, ona görə də bağlayıcılarından əvvəl vergül (,) işarəsi
qoyulur. Və bağlayıcısı isə vergülsüz işlənir.
1. Payız gəldi ... quşlar isti ölkələrə uçub getdilər.
2. Hava çox soyuq idi ... ovçu qalın kürkünü geyindi.
3. Qılınc yarası sağalar ... söz yarası sağalmaz.
4. İlkin tez sağaldı ... həkim düzgün müalicə etmişdi.
5. Fırtına getdikcə güclənirdi ... balıqçılar dənizə çıxmadılar.