Amma döyüş uzun çəkmədi. Dəmirbilək elə birinci zərbədə Bəybalanı atdan
saldı, düşüb əl-qolunu bağladı. İşi belə görən Xanbala cəld meydana atıldı.
Dəmirbilək pəhləvan bir andaca onu da Bəybalanın yanına uzatdı. Daşgüvar şah
isə qəzəbdən dodaqlarını çeynəyirdi.
Bu vaxt ağ paltarlı, ağ niqablı, ağ atlı bir
oğlan ildırım kimi meydana şığıdı. Atını
Dəmirbilək pəhləvanın qarşısında saxladı.
Döyüş başladı. Əvvəlcə ağ atlı oğlanla
Dəmirbilək pəhləvan qılınc savaşına
çıxdılar. Bundan bir şey hasil olmadı. Daha
sonra qurşaq tutub güləşməyə başladılar.
Ağ atlı oğlan bir nərə çəkib Dəmirbilək
pəhləvanın kürəyini yerə çırpdı. “Əhsən”
səsi göyə ucaldı. Ağ atlı oğlan Daşgüvar
padşaha yaxınlaşdı, niqabını üzündən
açdı:
– Qibleyi-aləm, məni qəhrəmanlığa
layiq görməsən də, Vətən torpaqlarımızı
təhlükəyə ata bilməzdim. Qəhrəmanlıq
var-dövlətlə alınmır. Əsl qəhrəman döyüş
meydanında hünər göstərəndir.
Nə anladın?
B Lüğətdən istifadə etməklə aşağıdakı sözlərin mənalarını müqayisə edin.Düşün və cavab ver
C Hadisələrin səbəbini müəyyənləşdirib cümlələri tamamlayın.