A) El ağsaqqalı
B) Əkrək və Səkrək
C) Xeyir-dua vermək
Ç) Dədə Qorqud igidlərə xeyir-dua verdi.
Cümlə bitmiş fikri ifadə edir. Bəzi cümlələrdə bir deyil, bir neçə fikir ifadə oluna
bilər. Belə cümlələr mürəkkəb cümlə adlanır.
Şənlik quruldu, təbillər çalındı.
1. Yaz gəldi, bağçada güllər açdı.
2. Məktəbdə hamı tədbirə hazırlaşırdı.
3. Anar bərkdən çağırır, lakin Sahib eşitmirdi.
4. Müəllim izah edir, şagirdlər diqqətlə dinləyirdilər.
5. Sevinc, Kamran və Sahibə məktəbə tələsirdilər.
6. Mən meyvələrdən almanı, heyvanı və narı çox sevirəm.
1. Qar yağdı.
2. Azərbaycan himni səsləndi.
3. Bilməmək eyib deyil.
4. Sürücü qaydaları pozdu.
a) Hamı ayağa qalxdı.
b) Şəhər ağ örpəyə büründü.
c) Polis onu saxladı.
ç) Soruşmamaq eyibdir.
1. Külək əsir, ...
2. Müəllim sual verir, ...
3. İşıqforun yaşıl işığı yandı, ...
4. Nihadın yeddi yaşı oldu, ...
5. Mina dərslərini bitirdi, ...