Səkrək qopuzu ondan alıb söylədi:

Uşun Qoca oğlu Səkrəyəm, Səkrək.
Dustaq qardaşımsa Əkrəkdir, Əkrək.

Əkrək qardaşını tanıyıb onu qucaqladı. Qardaşlar birləşib düşmənləri qırıb-
çatdılar, qovub qalaya saldılar. Yenidən Oğuz elinə döndülər. Uşun Qocanın
qapısına çapar gəldi:
– Gözün aydın olsun! Oğullarının ikisi də
sağ-salamat gəldi!
Uşun Qoca eşidib şad oldu. Dağın
başında tonqal qalandı. Şənlik quruldu,
təbillər çalındı. Elin ağsaqqalı Dədə
Qorqud gəldi, igidlərə xeyir-dua verdi.
“Kitabi-Dədə Qorqud” dastanı
əsasında işlənmişdir.

Nə anladın?

B Cümlələri tamamlayın.
1. Düşmən ölkənin hökmdarı qəzəblənmişdi, çünki ...
2. Düşmənlər Səkrəyin qarşısına Əkrəyi çıxardılar, çünki ...
3. Əkrək qəhərləndi, çünki ...
4. Oğuz eli bayram edirdi, çünki ...

Düşün və cavab ver

C Sizcə, aşağıdakı şeir hansı obraza aiddir? Mətndən həmin şeirə
uyğun epizodu seçin.

Ağ saçın üçün ölüm, qardaş.
Dilin üçün ölüm, qardaş.
Ərmi oldun, igidmi oldun, qardaş?
Mənim sorağıma sənmi gəldin, qardaş?

Təqdimat

Ç Qopuz haqqında topladığınız məlumatları təqdim edin.
2-ci fəsil • El igidləri ilə tanınar