1. Necə oldu ki, Əkrək düşmənə əsir düşdü?
2. Səkrək qardaşının dustaq olması xəbərini kimdən eşitdi?
3. Dədə Qorqud Səkrəyə nə dedi? Ona nə verdi?
Düşün və cavab ver
Ç Mətnin sonuncu abzasını bir daha oxuyun.Sizcə, nə üçün Dədə Qorqud Səkrəyə qopuz verdi?
Səkrək qopuzunu götürdü. Qaracıq atına minib yola düzəldi. Üç gün, üç gecə
at çapdı. Nəhayət, qardaşının əsir düşdüyü məmləkətə yetişdi.
Qonşu ölkədə xəbər yayıldı ki, Oğuz elindən bir bahadır gəlib. Qoşunun
canına vəlvələ düşdü. Xəbər hökmdara çatdı. O, qəzəblə dedi:
– Bir bahadır mənim qoşunuma nə edə bilər ki?
Qoşun başçısı dilləndi:
– Hökmdarım, bu igid Oğuz elindəndir. Onunla bacarsa, bircə əlimizdə əsir
olan Əkrək bacarar.
Əkrəyin əlini-qolunu açıb döyüş paltarı geyindirdilər. 300 döyüşçü ilə
birlikdə Səkrəyin üstünə göndərdilər.
Səkrək uzun yol gəldiyindən yorulub bir ağacın altında yuxuya getmişdi.
Əkrək atdan düşüb Səkrəyə yaxınlaşdı. Diqqətlə onu süzməyə başladı. Sanki
igidin kim olduğunu öyrənməyə çalışırdı. Birdən gözü onun yanındakı qopuza
sataşdı. El-obası yadına düşdü. Qəhərləndi, qopuzu əlinə aldı, dərdli-dərdli
çalıb-oxudu:
Qalx, Oğuz elindən gələn igid.
Dörd yanını yağı alıb, oyan, igid.