vətən, birinci, bəh-bəh, çoban, amma, yeddi, vuruşdular, cəsarətli, üç,
və, dastan, çoxlu, qılınc, axı, uf, baxmaq, gözəl, qoşun, çünki, qorudu
ad | əlamət | say | hərəkət |
Elə sözlər var ki, anlayış ifadə etmir və heç bir suala cavab vermir. Belə sözlər
köməkçi sözlər adlanır.
Məsələn:
• Hüseyn və İbrahim eyni sinifdə oxuyur.
• Ura, qələbə bizimdir!
• Bəs sən gəlmirsən?
B
Cümlələri oxuyun. Köməkçi sözləri seçib yazın.
1. Uf, ayağım ağrıyır!
2. Dərslər bitdi və tətil başlandı.
3. Səlim tez yatdı, çünki yorulmuşdu.
4. Axı mən səni çoxdan gözləyirəm.
C
Köməkçi sözləri artırmaqla cümlələri tamamlayın.
və kaş bəh-bəh
1. ... mən də sənin kimi pianoda çala biləydim.
2. Yaşar, Gülnar ... Vasif bir binada yaşayırlar.
3. ..., gülün nə gözəl ətri var!
Ç
Nöqtələrin yerinə uyğun gələn köməkçi sözlər artırın.
1. Azərbaycan qəhrəman oğulları ... fəxr edir.
2. ..., kolluqdakı ilana bax!
3. Dünən hava tutulmuşdu, ... yağış yağmırdı.
D
Verilmiş sözləri uyğun sıralara əlavə edin.
ordu, amma, mübarizə, vay, daha, sərkərdə, ki
a) ana, cəsur, ... b) və, üçün, ...