Düşün və cavab ver

Ç Mətndə hansı epizodlar Qaraca çobana aid aşağıdakı xüsusiyyətləri
əks etdirir?

1. sədaqətli 2. ayıq-sayıq 3. güclü-qüvvətli
• Verilmiş atalar sözlərini seçdiyiniz epizodlarla uyğunlaşdırın.

1. İgid oğul düşmənə əyilməz.
2. Ehtiyat igidin yaraşığıdır.

2 A
“Qarabağ” sözünün izahını oxuyun. Bu izaha əsasən çobanın adının
mənasını təxmin edin.

“Qarabağ”ın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən
əmələ gəlmişdir. Türk dillərində “qara” sözünün rəngdən başqa
“böyük”, “əzəmətli” mənaları da vardır. Bu baxımdan “Qarabağ”
böyük bağ mənası verir.

Dastan irihəcmli əsərdir. Qəhrəmanlıq dastanlarında xalqın azadlığı uğrunda
mübarizə aparan mərd və igid insanlardan danışılır. “Kitabi-Dədə Qorqud” və
“Koroğlu” ən məşhur qəhrəmanlıq dastanlarıdır.

B

Müəllimin oxuduğu “Dirsə xan oğlu Buğac” mətninin giriş və əsas
hissəsini dinləyin. Şəkillərə əsasən mətnin sonluğunu yazın.

C

“Dirsə xan oğlu Buğac” dinləmə mətni üzrə hekayə xəritəsi tərtib edin.

1-ci fəsil • Hünər göstər, ad qazan