RAQUF ORUCOV
Kimliyi –kəşfiyyatçı, polkovnik-leytenant
Yaşadığı illər – 1972-2016
Əsas xidməti – Qarabağda erməni işğalçılarına
qarşı mübarizədə göstərdiyi igidliklər
Əlavə məlumatlar:
1. Murovdağda göstərdiyi qəhrəmanlığa görə “Murov qartalı” deyə çağırırdılar.
2. Başçılıq etdiyi kəşfiyyat qrupu əsgərlərimizi əsirlikdən xilas etmişdi.
3. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olmuşdur.
4. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilmişdir.
SALATIN ƏSGƏROVA
Kimliyi –jurnalist
Yaşadığı illər –1961-1991
Əsas xidməti – Qarabağ müharibəsində
jurnalistlik fəaliyyəti
Əlavə məlumatlar:
1. 1991-ci il yanvarın 9-da müsahibə hazırlamaq üçün Şuşaya gedərkən şəhid olub.
2. Şəhid olduğu Qaladərəsi kəndi onun şərəfinə Salatınkənd adlanır.
3. Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
• hökmranlıq • xidmət • məqbərə • zülmkar • şücaət • əsirlik • təltif etmək
• məğlub etmək • kəşfiyyatçı •