A
Mətni oxuyun. Səhv yazılmış sözlərə düzəliş etməklə mətni köçürün.
Qarrı-şaxdalı qış gəlmişdi. Qışın öz gözəlliyləri var: dağlar, təpələr,
düzdər pambığ kimi ağ qarla örtülmüşdü. Ağacdarın budaxları
qara bürünmüşdü. Arabir buluddarın arasından günəşin ilığ
şüaları gözdəri qamaşdırırdı.
B
Mötərizədə verilmiş sözləri uyğun şəkildə dəyişərək cümlələri köçürün.
1. Ağacın (budaq) qurumuşdu.
2. Kənan ona edilən (kömək) heç vaxt unutmayacaq.
3. (Üfüq) yelkənli gəmi görünürdü.
4. Nənənin bişirdiyi (çörək) ətri hər yana yayıldı.
5. Arzunun yarışda (iştirak) bizi qürurlandırdı.
6. Uşaqlar (çiyələk) çox sevirlər.
C
Hansı sayları rəqəmlə ifadə etmək olmur? Nə üçün?
üç, çoxlu, yetmiş, bir az, doqquzuncu, yüz, yeddinci, xeyli
Ç
Sayları cədvəl üzrə qruplaşdırın.
yeddi-səkkiz, onlarla, on birinci, minlərlə, yüz, qırxıncı, əlli,
doqquzuncu, az-çox
Varlığın dəqiq sayını bildirir:
Varlığın təxmini sayını bildirir:
Varlığın sırasını bildirir:
D
Nöqtələrin yerinə uyğun gələn sayları müəyyən edin.
yeddi, xeyli, altı, otuz, üç, minlərlə, doqquz
1. Dünyada ... materik var.
2. Bir saatın yarısı ... dəqiqədir.
3. Göyqurşağının ... rəngi var.
4. ... noyabr vətənimizdə Bayraq Günü qeyd edilir.
5. Bayram tədbirinə ... adam gəlmişdi.
6. Bir fəsildə ... ay var.
7. ... əsgər vətən uğrunda mübarizə aparırdı.