1. Rubik kubunun hər üzündə 9 kiçik kub var.
2. Leqo XXI əsrin ən məşhur oyuncağıdır.
3. Sinfimizdə otuz şagird var.
Sayların müxtəlif
yazılış formaları vardır:
1. Sözlə: beş, iyirmi.
2. Ərəb rəqəmləri ilə: 14, 517.
3. Ərəb rəqəmləri və sözlə: 3 min, 5 min.
4. Roma rəqəmləri ilə: V, XVI.
Sıra saylarını Roma rəqəmləri ilə yazarkən şəkilçi işlədilmir.
Sıra sayı | Ərəb rəqəmləri ilə | Roma rəqəmləri ilə |
on ikinci | 12-ci | XII |