Düşün və cavab ver
C
Sıra saylarını Roma rəqəmləri ilə yazın.
4-cü, 6-cı, 13-cü, 16-cı, 18-ci, 20-ci
Ç
Roma rəqəmləri ilə verilmiş ədədləri sözlə və ərəb rəqəmləri ilə
ifadə edib yazın.
XXII, XV, XXX, XVII
D
Cümlələrdəki sayları sözlə ifadə edib köçürün. Hansı sayın ifadəsində
daha çox sözün olduğunu müəyyən edin.
1. Növbədə 304-cü sırada dayanmışdım.
2. Mirzə Fətəli Axundov XIX əsrdə yaşamışdır.
3. Dərslikdəki 22-ci tapşırıq çətin idi.
4. Məktəbin kitabxanasına 415 kitab gətirildi.
E
“İki yüz iyirmi iki” sayının rəqəmlə ifadəsi haqqında deyilənlərdən
hansı doğrudur?
A) Dörd rəqəmdən istifadə olunur.
B) Üç eyni rəqəmdən istifadə olunur.
C) Üç fərqli rəqəmdən istifadə olunur.