3. Ərəb, yoxsa hind rəqəmləri?
Bizim istifadə etdiyimiz rəqəmlər ərəb rəqəmləri adlanır. Bu rəqəmlərin
köməyi ilə istənilən ədədi rahat ifadə etmək olur. Bu zaman cəmi on rəqəmdən
istifadə edilir:
0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9.
Ədədlərin bu cür yazılışı Hindistanda icad edilmişdir.
Ərəblər bu işarə sistemini hindlilərdən, başqa xalqlar isə
ərəblərdən öyrəniblər. Ona görə də “ərəb rəqəmləri”
adlanır. Ərəb rəqəmlərinin geniş yayılmasında
məşhur riyaziyyatçı Xarəzminin böyük rolu olmuşdur.