Heç fikir vermisinizmi, on dənə təklik bir onluq, on dənə onluq bir yüzlük, on
dənə yüzlük bir minlik yaradır. Buna onluq say sistemi deyirlər. Bu say sisteminin
yaranması insanın əllərindəki barmaqların sayı ilə bağlı idi.
Çoxlu sayda əşyanı saymaq üçün bəzən bir neçə adam lazım gəlirdi. Birinci
adam əllərinin barmaqlarını bir-bir açmaqla təklikləri sayırdı. On barmağı açılıb
qurtardıqdan sonra bu adam əlini yumurdu, ikinci adam bir barmağını açırdı.
Onun hər barmağı bir onluq demək idi. İkinci adamın barmaqlarının onu da
açıldıqda məlum olurdu ki, sayılan əşyaların miqdarı on onluğa, yəni yüzə çatıb.
Bu zaman üçüncü adam bir barmağını açıb yüzlüyü göstərirdi.
Beləliklə, onluq say sistemi yarandı.
Nə anladın?
B
Mətnə aid suallara cavab verin.
1. Qədimdə insanlar sayları necə ifadə edirdilər?
2. Misirlilər böyük və kiçik ədədləri necə yazırdılar?
3. Ruslar rəqəmləri hərflərdən necə fərqləndirirdilər?
Düşün və cavab ver
C
Şəkillərə baxaraq qədim Misir rəqəmləri ilə 114 ədədini yazın.
Ç
Əgər sayma qurtardıqda birinci adamın yeddi barmağı, ikinci
adamın beş barmağı, üçüncü adamın iki barmağı açılmışsa, onda
sayılan şeylərin miqdarı nə qədərdir?