Rubik kubu çox maraqlı zəka oyunlarından biridir.
Onun hər üzündə 9 kiçik kub var. Rubik kubunun üzlərinin
hərəsi bir rəngdə olur. Onları fırlatmaqla kiçik kubların
yerini dəyişmək – bir üzdən o birinə aparmaq olur. Bu
zaman kubun üzündəki rənglər qarışır.
Oyunçu kubu elə yığmalıdır ki, hər üz bir rəngdə olsun.
Bu gün Rubik kubunu sürətlə yığmaq üzrə beynəlxalq
yarışlar keçirilir.
Təqdimata hazırlaşarkən qeydlərimizi müəyyən başlıqlar altında qruplaşdıra
bilərik. Bu cür qruplaşdırma yaddaş xəritəsi adlanır.
İXTİRAÇI:
• Erno Rubik
• macar
• heykəltəraş
RUBİK KUBUNUN
İXTİRASI
ZAMAN VƏ MƏKAN:
• 1974-cü il
• Budapeşt
Oyuncağın təsviri
• Rənglər: ağ, sarı, göy, yaşıl, qırmızı, narıncı
• 6 üz
• 9 kvadrat