aktyorlar – aktyorrar
şokoladlı – şokoladdı
samanlıq – samannıq
Bəzi sözlərdə “l” samiti ilə başlanan şəkilçilər fərqli səslənir. Bu cür şəkilçilərin
yazılışına xüsusi diqqət etməliyik.
-lar, -lər -lı, -li, -lu, -lü -lıq, -lik, -luq, -lük
Doğru | Yanlış |
qazlar | qazdar |
oğlanlar | oğlannar |
narlar | narrar |
Doğru | Yanlış |
duzlu | duzdu |
şanlı | şannı |
ətirli | ətirri |
Doğru | Yanlış |
şadlıq | şaddıq |
sərinlik | sərinnik |
bazarlıq | bazarrıq |
1. Düşmən qoşunnarı geri çəkildi.
2. Aysu kədərri halda oturmuşdu.
3. Göyün üzünü bulutdar almışdı.
4. Bu yerrərin bərəkətdi torpağı var.
5. Qızdar çəmənnikdə gül yığırdılar.
6. Şəhərrərimiz bir-birindən gözəldir.
El bayramına yurdun hər yerindən ox atan, at oynadan igid cavannar,
addı-sannı pəhləvannar axışıb gəlmişdilər. Onnarın şərəfinə ozannar
qopuz çalıb söz qoşurdular. Uzunsaç, qaragöz qızdar, gəlinnər də bəzənib
gəlmişdilər. Onnar da çəmənnikdə məclis düzəltmişdilər.