Sizcə, eşitmək və dinləmək eynimənalı sözlərdir?
– Gəlin bir yerdə nağıl uyduraq. Birimiz bir cümlə deyək. Qalanlarımız növbə
ilə onun davamını söyləyək. İstəyirsiniz, mən başlayım?
– Başla, başla.
Gülnar: – Biri var idi, biri yox idi. Bir bağban var idi.
İlqar: – Onun bir oğlu, bir qızı var idi.
Aysel: – Bir gün bağbanın uşaqları ərik ağacı əkdilər.
Anar: – Qardaşlar hər gün ağacı sulayırdılar.
Gülnar: – Yaz gəldi, ağac çiçəklədi.
İlqar: – Birazdan uşaqların əkdiyi ağac bar verdi.
Aysel: – Bağban bunu görüb çox fərəhləndi.
Anar: – Uşaqlar yetişmiş armudları yeşiyə yığıb
bazara apardılar.
Gülnar: – Meyvələri satdılar, pulunu gətirib
atalarına verdilər...
Başqalarının nitqini dinləyərkən:
• Fikrimizi nitqin məzmununa yönəltməliyik.
• Danışanın sözünü kəsmək, diqqətini yayındırmaq olmaz.
• Dinlədiyimizi təsəvvürümüzdə canlandırmalıyıq.
• Anlamadığımız söz və ya fikirləri qeyd etməli, sonda soruşmalıyıq.
• Açar sözlərə əsasən mətni nəql edin.
qab-qacaq, cizgi filmi, yük maşını, futbol oyunu, pəncərə taxtaları
• Dinləmə bacarığı haqqında hansı tövsiyə mətndə öz əksini tapmışdır?