İnsanlar nə üçün hərfləri ixtira etdilər?
ya oxumaqla əldə edir. Ancaq elə insanlar var ki, onlar görmə və ya eşitmə
qabiliyyətindən tamamilə və ya qismən məhrumdurlar.
Təxminən 200 il əvvəl Fransada yaşamış Luis Brayl da belə uşaqlardan biri idi.
Altı yaşı olanda o, bədbəxt hadisə nəticəsində görmə qabiliyyətini itirmişdi.
Buna baxmayaraq o da başqa uşaqlar kimi oxumaq, təhsil almaq istəyirdi.
15 yaşına çatanda Luis görmə qabiliyyətindən məhrum uşaqlar üçün əlifba
yaratmaq qərarına gəldi. O bilirdi ki, bu cür insanlarda digər duyğu üzvləri daha
güclü inkişaf edir. Onlar daha yaxşı eşidirlər, dəriləri daha
həssas olur. Deməli, bu əlifbada elə hərflər olmalı idi ki,
insanlar barmaqları ilə toxunaraq onları hiss etsinlər.
Bunları nəzərə alaraq Luis görmə qabiliyyətindən məhrum
insanlar üçün şriftlər yaratdı. Şriftlərin hər biri altı xanadan
ibarət idi. Xanalardan bəziləri qabarıq idi.
Şriftlərdəki qabarıq xanaların müəyyən qayda ilə düzülüşü hər hansı hərfi
ifadə edirdi. Görə bilməyən insanlar barmaqlarını toxundurmaqla qabarıq
xanaları asanlıqla hiss edirdilər.
Brayl əlifbasında rəqəmləri də
işarə edən şriftlər var idi.
Tezliklə Braylın əlifbası bütün
dünyada istifadə olunmağa
başladı. Bu əlifba ilə kitablar,
jurnallar, qəzetlər çap olundu.
Bu gün bütün dünyada 4 yanvar
tarixi Brayl Əlifbası Günü kimi
qeyd olunur.