Təkərdən nə üçün istifadə edilirdi?
Arabalar insanların işini xeyli yüngülləşdirdi. On-
lardan yükdaşımada, gəzintidə, döyüşlərdə istifadə
edilirdi.
Bu gün təkər bizə adi görünə bilər. Lakin onun
ixtirası elm və texnikanın inkişafına təkan verdi. Tə-
kər olmasaydı, nə dəyirman, nə də nəqliyyat vasi-
tələri ola bilərdi.
Nə anladın?
B Mətnə aid suallara cavab verin.
1. Təkər düzəltmək ideyası necə yarandı?
2. Təkərin ixtirasından sonra yaranan ilk nəqliyyat vasitəsi hansı oldu?
Düşün və cavab ver
C Şəkil əsasında təkərin təkmilləşməsi haqqında danışın.
Açar sözlər: daş, köndələn, ağac lövhə, ağır, yüngül, rezin, dəmir, hava