1-ci hissədəki: – “Birdən hündür bir dalğa balona çırpılıb onu möhkəm
silkələdi...” cümləsinə diqqət yetirin. Bu cümlədən başlayaraq mister
Smitin başına gələnləri təxəyyülünüzə uyğun danışın.
Hekayə yazarkən aşağıdakı tövsiyələrə əməl edin:
1. Bu hekayəni yazmaqda məqsədinizi müəyyənləşdirin.
2. Hekayədə təsvir olunacaq hadisələri, əsas epizodu müəyyən edin.
3. Hekayənin baş qəhrəmanını, zahiri görünüşünü və xarakterini təsvir edin.
Giriş
• Hekayənin qəhrəmanı
(ixtiraçı Con Volker)
haqqında məlumat
Əsas hissə
• Hadisənin baş verdiyi
zaman və məkan
• Hadisənin təsviri
Sonluq
• Hadisənin nəticəsi