Nə anladın?
B Mətn əsasında suallara cavab verin.
1. Mister Smit necə tapıldı?
2. Mühəndis nə üçün məhz Herberti yanında saxladı?
3. Mətndəki obrazlardan neçəsinin adı çəkilmir?
Düşün və cavab ver
C Hansı şəkildəki əşya mister Smitin düzəltdiyi əşyanı əvəz edə bilər?
Ç
Mətni oxuyun və başlıq verin. Mister Smit və Arximedin ixtiralarını
müqayisə edin.
Arximed məşhur yunan riyaziyyatçısı olub. O, bir çox ixtira və kəşflər etmişdir.
Bir dəfə düşmən gəmiləri Arximedin yaşadığı Sirakuz şəhərinə hücum edir.
Arximed çoxlu dairəvi güzgü düzəldir. Həmin güzgülərlə günəş şüalarını düşmən
gəmilərinin üzərinə yönəldir. Bu zaman yaranan istilik gəmilərin yanmasına
səbəb olur.
Beləliklə, Arximed öz ixtirası ilə doğma şəhəri Sirakuzu düşməndən xilas edir.
Araşdırma
D Kibritin ixtirası haqqında araşdırma aparın.