Bəhram şah üzünü sərkərdəyə tutub dedi:
– Bu, qızın güclü olmağından xəbər vermir. Görünür, bu öküz balaca olandan
bu qız bu işə vərdiş edib.
Fitnə dedi:
– Çox qəribədir, deməli, öküzü qaldırmaq vərdişdəndir, amma ov ovlamaq
məharətdən?
Bunu deyib qız rübəndi üzündən götürdü. Bəhram Fitnəni tanıdı. Sevimli
kənizini sarayına gətirib onunla ailə qurdu. Sərkərdəyə isə qiymətli hədiyyələr
bağışladı.
Nizami Gəncəvinin “Yeddi gözəl” poeması
əsasında işlənmişdir.
Nə anladın?
B Mətndən verilmiş cümlələri bir daha oxuyun. Suallara cavab verin.
1. Sərkərdə Fitnənin niyyətini başa düşmüşdü.
Fitnənin niyyəti nə idi?
2. Fitnə üzünə rübənd saldı.
Fitnə nə üçün üzünə rübənd saldı?
3. Bəhram şah sərkərdəyə qiymətli hədiyyələr bağışladı.
Sərkərdəyə nə üçün qiymətli hədiyyələr bağışladı?
SUAL
SUAL
SUAL
1. Hirsli başda ağıl olmaz.
2. Dil var, bal gətirər, dil var – bəla.
3. Yaxşılıq edən yaxşılıq görər.
a) Sərkərdə
b) Bəhram şah
c) Fitnə
a) Bəhram şahın Fitnəyə qəzəblənməsi
b) Bəhram şahın ceyranı ovlaması
c) Bəhram şahın peşman olması
ç) Bəhram şahın Fitnəni tanıması
d) Sərkərdənin Bəhram şahı qonaq çağırması
e) Sərkərdənin Fitnəni gizlətməsi