Mətnin davamını oxuyun. Öz təxmininizlə müqayisə edin.
var idi. Fitnə orada yaşamağa başladı.
Bir gün sərkərdənin naxırındakı inəklərdən biri
balaladı. Təpəl buzov Fitnənin çox xoşuna gəldi. O
hər gün buzovu boynuna alıb əzizləyə-əzizləyə
üçüncü mərtəbəyə qaldırır, orada yedizdirir, sonra
aşağı düşürürdü. Artıq buzov da Fitnəyə isinişmişdi.
Fitnəni görən kimi onun qucağına qaçır, Fitnə də
onu boynuna alıb yuxarı qaldırırdı. Aylar ötür, buzov
danaya, dana öküzə çevrilirdi. Amma Fitnə hələ də
onu üçüncü mərtəbəyə qaldırmağa davam edirdi.
Bir gün Fitnə sərkərdədən xahiş etdi ki, Bəhram şahı qonaq çağırsın.
Sərkərdə Fitnənin niyyətini başa düşmüşdü. Odur ki onun sözünü yerə salmaq
istəmədi.
Ertəsi gün Bəhram şah adamları ilə sərkərdənin evinə qonaq gəldi. Üçüncü
mərtəbədə qonaqlıq süfrəsi açılmışdı. Qonaqlar yeyib-içəndən sonra sərkərdə
şaha dedi:
– İmarətimdə gözəl bir qız yaşayır. Hər gün yekə bir öküzü boynunda bura
çıxarır. Özü də birnəfəsə. Heç dincini də almır.
Bəhram şah bu sözlərə inanmadı. Sərkərdə Fitnəyə xəbər göndərdi ki, öküzü
yuxarı qaldırsın.
Fitnə üzünə rübənd saldı. Öküzü boynuna alıb düz üçüncü mərtəbəyə qaldırdı.
Gətirib Bəhram şahın qabağında yerə qoydu.
• təpəl • naxır • rübənd