Sunaminin törətdiyi fəsadları aradan qaldırmaq üçün yapon xalqı yumruq
kimi birləşdi. Hər kəs bacardığı qədər zərər çəkmiş ailələrə yardım etdi. Yapon
xalqının iradəsi bütün dünyaya milli həmrəylik örnəyi oldu.
İnsanlar hələ ki sunami, zəlzələ, vulkan kimi təbii fəlakətlərin qarşısını
almaqda acizdirlər. Lakin alimlər bu hadisələri proqnozlaşdırmaq üçün
araşdırmalar aparırlar. Təbiətin törətdiyi fəlakətlər haqqında qabaqcadan
xəbər tutsaq, ona hazır olarıq. Beləliklə, insan itkisi də az olar.
İnternet materialları əsasında
Nə anladın?
B Mətnə əsasən suallara cavab verin.Düşün və cavab ver
C “Okeanın qəzəbi” mətninin giriş, əsas və sonluq hissələrini
Cədvələ baxın. Sunami haqqında verilmiş məlumatları cümlələrə
çevirərək yazın.