– Bəli, biz hər gün sinoptiklərin məlumatını öyrənirik. Bu gün də fırtına
olacağından xəbərdar idik. Lakin buruqda nasazlıq qəflətən baş verdi. Fədakar
neftçilərimiz öz həyatlarını təhlükə ilə üz-üzə qoyub nasazlığı aradan qaldırdılar.
Əgər buruq estakadaya aşsaydı, fəlakət baş verərdi. Xilasedicilərin səyi
nəticəsində hal-hazırda qəhrəman neftçilərimizin hər ikisi sağ-salamat Bakıya
çatdırılıb.
Elə bu zaman ananın telefonu zəng çaldı. Arif idi.
– Salam, necəsiniz? Elşad yatmayıb? Bir çay dəmlə, çatıram.
Elşadın ürəyi qürurla döyündü: “Mənim atam qəhrəmandır!” O, atasını
layiqli qarşılamaq üçün can-başla anasına kömək etməyə başladı.
Şəhla Zahidova
Nə anladın?
B “Söz boğçası”ndakı sözlərin izahını müəyyən edin