– Buruqda nasazlıq var idi. Ariflə
Səmədi göndərdim ki, təmir
etsinlər. Kaş özüm gedəydim.
Fəhlələrdən bir neçəsi çölə çıxıb
buruğa sarı boylandı. Heç nə
görünmürdü. Onlar bir-birinin
qolundan yapışıb dostlarının
köməyinə yollandılar...
Xilasedici qayıq estakadaya
yaxınlaşmağa çalışırdı. Lakin fırtına
imkan vermirdi. Vəhşi külək qayığı
yerində fırfıra kimi fırladırdı. Hətta
az qala çevirəcəkdi. Vəziyyət
anbaan kəskinləşirdi. Nəhayət,
qəhrəman dənizçilər birtəhər
estakadaya yaxınlaşdılar. Neftçilər
çox çətinliklə qayığa mindilər.
Nə anladın?
B Aşağıdakı izahlar söz boğçasındakı hansı sözlərə aiddir?Düşün və cavab ver
Ç Sizcə, bu mətni bitmiş hesab etmək olarmı? Hansı obrazların taleyi