"İki ana" mətnində işlənmiş mürəkkəb sözlərə diqqət edin.
ikiayaqlı, çığır-bağır, ora-bura, yanğınsöndürən, sağa-sola,
qollu-budaqlı, axşamtərəfi.
1) yaxınmənalı sözlərin birləşməsindən yaranan mürəkkəb sözlər;
2) əksmənalı sözlərin birləşməsindən yaranan mürəkkəb sözlər;
3) müxtəlifmənalı sözlərin birləşməsindən yaranan mürəkkəb sözlər.
Mürəkkəb sözün tərkibindəki sözlər yaxınmənalı və ya əksmənalıdırsa, onların
arasında defis (-) qoyulur. Məsələn: söz-söhbət, qol-qanad, yalan-gerçək, yer-göy,
açıq-aşkar, dərə-təpə.
Mürəkkəb sözün tərkibindəki sözlərin mənası müxtəlifdirsə, onlar bitişik yazılır.
Məsələn: çobanyastığı, günorta, əyripəncə, yerüstü, başıaçıq, soyuqqanlı.