Nə anladın?
B
Mətnə aid suallara cavab verin.
1. İnsanlar meşəyə nə məqsədlə gəlmişdilər?
2. Kenquru və koala insanları görəndə hansı hissləri keçirdilər?
3. Hansı heyvan yanğın zolağını keçə bildi?
4. Koala yanğından necə xilas oldu?
Düşün və cavab ver
C
“İki ana” mətninin hekayə xəritəsini tərtib edin.
Ç
Nə üçün kenquru koalaya günahkar nəzərlərlə baxdı? Sizcə, o danışa
bilsəydi, koalaya nə deyərdi?
D
Sizcə, koala ilə kenqurunun taleyi necə olacaq? Hekayəni təxəyyülünüzə
uyğun davam etdirin.
3
A
Sizcə, “İki ana” mətni bədii mətndir, yoxsa elmi? Fikrinizi əsaslandırın.
Mətni oxuyarkən təxəyyülü faktdan fərqləndirmək lazımdır.
Təxəyyül müəllifin hadisələri öz xəyalına uyğun təsvir etməsidir.
Fakt isə həqiqi məlumatdır. Onun həqiqiliyini müxtəlif mənbələr vasitəsilə
yoxlamaq olar: internet, ensiklopediya, dərslik və s. Elmi mətndə əks olunan
fikirlər dəqiq faktlara əsaslanır. Bədii mətndə isə təxəyyülə yer verilir.
B
“İki ana” mətnində təsvir edilmiş hadisələrin fakt, yoxsa təxəyyül
olduğunu təxmin edin.
1. 2019-cu ilin payızında Avstraliyada quraqlıq idi.
2. Koala evkaliptin yarpaqları ilə qidalanır və kisədə balasını bəsləyir.
3. Koalanın yeri rahat, qarnı tox, özü isə xoşbəxt idi.
4. Kenquru da balasını kisəsində saxlayır.
5. Kenquru irəliyə doğru qaçır, sonra dayanıb koalanı gözləyirdi.
6. Koala və kenquru başa düşdülər ki, insanlar onları xilas edə bilərlər.
7. Avstraliyadakı meşə yanğınında insanlar bir çox heyvanları xilas etdilər.
4-cü bölmə •
TƏBİİ FƏLAKƏTLƏR