Necə düşünürsünüz, heyvanlar yanğından xilas ola biləcəklərmi?
Sizin fikrinizcə, onlara bu işdə kim kömək edə bilər?
ağacların arxasında bir neçə adam göründü. Adamlar ora-bura qaçır, alovu su
ilə söndürməyə çalışırdılar.
Başqa vaxt olsaydı, kenquru da, koala da bu ikiayaqlı canlılardan uzaq
durmağa çalışardılar. Amma indi… Nədənsə hiss etdilər ki, özlərini insanlara
çatdırsalar, xilas olarlar.
İnsanlarla onların arasındakı yanğın zolağının eni 5-6 metr olardı. Burada
ağaclar balaca idi. Alovun dilimləri 3 metrə çatırdı. Kenquru bu alovun
üstündən tullana bilərdi. Bəs koala? O, otların arasında büzüşüb yazıq-yazıq
kenquruya baxırdı. Kenquru da günahkar nəzərlərlə son dəfə koalaya, sonra
isə öz balasına baxdı. O, var gücünü toplayıb alovun üstündən tullandı.
İndi koala tək qalmışdı. O, kisədəki balasına nəzər saldı. Bir cüt balaca göz
kisədən ona baxırdı. Sanki demək istəyirdi: “Nə olub, anacan? Sən niyə
qorxursan?”
Birdən yuxarıdan gurultu səsi gəldi və yanan ağacların üzərinə şəlalə kimi
su töküldü. Bu, yanğınsöndürən helikopter idi. Yanğın zolağında kiçik bir
dəhliz yarandı. İnsanlardan biri oradan keçib koalaya yaxınlaşdı. Cəld onu
balası ilə birlikdə qucağına alıb geri döndü. Qaça-qaça pıçıldayırdı:
– Qorxma, balaca, biz səni xilas edəcəyik.
Koala onu başa düşmürdü. Amma hiss edirdi ki, insanlar onu və balasını
xilas edəcəklər...
Şəhla Zahidova