Ana koala da bacardığı qədər sürətlə ağacdan aşağı endi. Əvvəl
duruxub qaldı. Bilmədi, hansı tərəfə qaçsın. Sonra bir kenquru gördü.
Onun da kisəsində balası vardı. Kenqurunun bədənində yanıq izləri
görünürdü. O, yanğının içindən çıxıb gəlmişdi.
Koala düşündü: “Əgər kenquru bir dəfə yanğından qaçıb canını
qurtarıbsa, ona qoşulub qaçmaq lazımdır”.
Kenquru bir anlığa dayanıb koalaya və onun kisəsindəki balasına
baxdı. Başa düşdü ki, bu balaca heyvanın onun köməyinə ehtiyacı var.
Onlar birlikdə meşədən çıxmaq üçün sağa-sola baxaraq yol aramağa
başladılar. Kenquru iri sıçrayışlarla irəli qaçır, sonra arxaya dönüb
koalanı gözləyirdi. Amma hara
gedirdilərsə, qarşılarına yanan ağaclar
çıxırdı. Bir tərəfdən isti, o biri tərəfdən
tüstü yazıq heyvanları əldən salmışdı.
Nə anladın?
B Mətnə əsasən suallara cavab verin.Düşün və cavab ver
Ç Oxuduğunuz mətnə istinad etməklə suallara cavab verin.
Hər hansı sualla bağlı fikrimizi əsaslandırmaq üçün biz müxtəlif mənbələrə müraciət
edirik. Buna istinad deyilir.