"Xilaskar" mətni kimin dilindən nəql edilir? Müəllif bu mətndə
oxucuya hansı hadisə ilə bağlı məlumat çatdırır?
Hər hansı hadisə haqqında məlumat yazarkən aşağıdakı tövsiyələrə əməl
etmək lazımdır:
1. Mətnin başlığında hadisənin adı çəkilir.
2. Girişdə hadisə haqqında ümumi məlumat verilir.
3. Əsas hissədə hadisə ilə bağlı faktlar sadalanır, hadisəni görmüş insanların
danışdıqları əks olunur.
4. Sonluqda hadisəyə münasibət bildirilir və ya hadisənin nə ilə nəticələndiyi
göstərilir.
Dağlarda qarın əriməsi və leysan yağışlar nəticəsində Kür çayının səviyyəsi
xeyli qalxmışdır. Bir çox rayonlarda çay öz yatağından çıxmışdır. Ətraf kəndləri
su basmışdır.
Yüzlərlə ev su altında qalmışdır. Kəndlərin əhalisinə xeyli ziyan dəymişdir.
Yüzlərlə qoyun-quzu, mal-qara tələf olmuşdur. Evlər uçmuş, əkin yerləri su
altında qalmışdır.
Rayon sakini Həsən Mürşüdov bizimlə söhbətdə dedi:
– Sel gecə vaxtı qəflətən gəldi. Biz əşyalarımızı götürməyə
macal tapmadıq. Mənim 6 inəyimi su apardı.
Hadisə ilə bağlı dövlət komissiyası yaradılmışdır. Komissiya
üzvləri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün
rayonlara yola düşmüşlər.