Rizvan anasına baxdı. Gilas xala göz yaşlarını
silərək yeganə övladına yalvarış dolu
nəzərlərlə baxdı:
- Ay oğul...
Rizvan cəld əlini paltar iplərinə atdı, onları
qoparıb möhkəmcə bir-birinə bağladı. Qədir
ipin bir ucunu Rizvanın belinə, bir ucunu isə
tut ağacına bərkitdi. Rizvan çaya atıldı. Anası
əllərini göyə açıb nə isə pıçıldayırdı...
Üzə-üzə daxmaya çatan Rizvan əlindəki
kəndiri daxmanın tirinə bərkitdi. Qədir ehtiyatla
ipi çəkməyə başladı. Kəndin başqa cavanları da
ona kömək etdilər. Daxma yavaş-yavaş sahilə
yan aldı.
Gilas xala çox xoşbəxt idi. O, dəyirmançının
körpə qızını anasından alıb qucağına götürdü və
dedi:
- Rizvanın qonaqları bizə gedəcək. Evimiz dar
olsa da, ürəyimiz genişdir.
Abdulla Şaiq
Nə anladın?
B Mətnə əsasən suallara cavab verin.Düşün və cavab ver
C Sizcə, nə üçün “Ay oğul...” deyən Gilas xala cümləsini tamamlamadı?