Bu küləyin qəzəbi
Dağıdır yeri, göyü.
Nahaq yerə demirlər:
“Küləyin ən böyüyü”.
Dənizlərdən qalxır o,
Gördüyünü yıxır o.
“Qan-qan” deyən davadır,
Boran, ya fırtınadır?
Okeandan sahilə
Güllə kimi yayılır.
Zəlzələtək, vulkantək
Faciəli sayılır.
Alır dalğalarına
Qarşısına çıxanı.
Uşaqlar, bu fəlakət,
Sizcə, necə adlanır?
Yamyaşıl meşələrə
Hərdən quraqlıq düşür.
Qupquru ağaclara
Haradansa od düşür.
Çoxlu canlı məhv olur,
Meşə bürünür hisə.
Deyin, necə adlanır
Bu dəhşətli hadisə?