Delfin haqqında hansı məlumatlar sizə maraqlı və qəribə gəldi?
Bu haqda daha nə bilmək istərdiniz?
Suda boğulan insanları xilas edən delfinlər
haqqında çox eşidirik. Görəsən, onlar bunu
nə üçün edirlər? Doğrudanmı delfinlər
insanların dostudurlar? Bu barədə araşdırma
aparan alimlər müxtəlif fikirlər irəli sürürlər.
Delfinlər sürü şəklində yaşayırlar və
həmişə bir-birinə yardım edirlər. Əgər
delfinlərdən biri yaralanarsa, digər delfinlər onu suyun üzünə qaldırırlar ki,
nəfəs alsın. İnsan suda batarkən delfin hiss edir ki, o boğula bilər. Ona görə
də, adəti üzrə, batan varlığı suyun üzünə qaldırır.
Bəzi araşdırmaçılar isə bunu delfinlərin əyləncəsi hesab edirlər. Suda
batıb-çıxan, əl-qol atan hər hansı canlı görəndə delfinlər də ona qoşulurlar.
Təhlükədə olan insanı belinə alır, atıb-tutur, hətta sahilə çıxarırlar. Kənardan
elə görünür ki, delfin insanı xilas edir. Halbuki o, sadəcə, əylənir.
Digər fikir odur ki, delfinlər bunu öz qida ehtiyatlarını qorumaq üçün
edirlər. Öz qidasını paylaşmaq istəməyən delfinlər insanı sudan
uzaqlaşdırmağa çalışırlar. Beləliklə, insan xilas olur, balıqlar isə delfinə qalır.
Əlbəttə, bütün bunlar yalnız mülahizələrdir, yəni sübut olunmamış
fikirlərdir. Ümid edək ki, delfinlər, həqiqətən də, suda batan insanlara xoş
niyyətlə kömək edirlər.
Nə anladın?
B Mətndə delfinlərin insanı xilas etməsi ilə bağlı hansı fikirlər var?
Elə informativ mətnlər var ki, müəyyən bir suala aydınlıq gətirmək üçün yazılır.
Belə mətnlərdə araşdırılan sualla bağlı müxtəlif mülahizələr irəli sürülür.
Təqdimat
C “Dinozavrların nəsli niyə kəsildi?” mövzusunda araşdırma aparın.