Nə anladın?
Ç Delfini balıqdan fərqləndirən üç xüsusiyyət haqqında danışın.
1. Delfinin üzgəci varmı?
2. Delfinlər nə ilə qidalanırlar?
3. Delfinlər sürü halında, yoxsa tək yaşayırlar?
4. Delfinlər bir-birinə məlumatları necə ötürürlər?
5. Delfinlər neçə il yaşayırlar?
Düşün və cavab ver
E Verilən cümlələri hansı yarımbaşlıqlara aid etmək olar?
1. Delfin hər dəfə bir bacarığını nümayiş etdirdikdə məşqçi tərəfindən
xırda balıqla mükafatlandırılır.
2. Beyninin ölçüsünə görə delfin insandan o qədər də
fərqlənmir.
3. Delfin balıqçılara sürü halında toplaşan balıqların
yerini nişan verir.
4. Delfinlər 14000 səs siqnalından istifadə edirlər.
• Delfin danışa bilirmi?
Delfinlər bir-biri ilə səs siqnalları vasitəsilə ünsiyyət
qururlar. Müxtəlif məlumatları ötürmək üçün onlar
minlərlə siqnaldan istifadə edirlər: bir-birinə təhlükə
haqqında xəbərdarlıq edirlər, balalarını çağırırlar və s.
• Nəyə görə delfini insanın dostu hesab edirlər?
Delfin insanlardan qorxmur. Heç nədən çəkinmədən
onlarla yanaşı üzə bilir. Amerikada bir qadın dənizdə
çimərkən huşunu itirir. Özünə gələndə hiss edir ki, onu
kimsə itələyir. Bu, delfin idi. O, qadını burnu ilə itələyib
sahilə çıxarır, onu ölümdən xilas edir.
• Delfini əhliləşdirmək olarmı?
Delfini hovuzda saxlayaraq əhliləşdirirlər. O, voleybol
oynayır, səbətə top atır, halqanın içindən tullanır, şamı
üfürüb söndürür və qidasını qabdan yeyir. Delfin məşq-
çisini
kürəyində gəzdirməyi də bacarır. Delfinlərin bu
hərəkətlərini izləmək üçün xüsusi delfinarilər var.
• Bu, maraqlıdır.
Deyilənə görə, bir gün
balıqçıların toruna delfin
düşür. Koyranos adlı bir
nəfər delfini onlardan satın
alır və suya buraxır.
Çox keçmir ki, Koyranos
olan gəmi dənizdə fəlakətə
uğrayır.
Gəmidə olan bütün
sərnişinlər suda batırlar.
Yalnız Koyranos sağ qalır.
Belə ki, vaxtilə xilas etdiyi
delfin onu kürəyinə alıb
sahilə çıxarır.