Verilmiş cümlələrdə necə? sualına cavab verən sözləri müəyyən edin.
1. Pinqvinlər yüksək bir qayanın üstünə çıxdılar.
2. Dəniz filinin iri, qara gözləri və uzun bığları var idi.
3. Pinqvin dünyaya gələndə qəhvəyi rəngdə olur.
4. Pinqvinlər buzun üzərində sevimli balalarını gördülər.
5. Xeyirxah delfinlər şən səslər çıxardılar.
Varlığın əlamətini və ya keyfiyyətini bildirən sözlər sifət adlanır. Əlamət varlığın
xarici görünüşü ilə bağlıdır. Keyfiyyəti isə gözlə görmək mümkün deyil.
1.Mən bacıma ... kitab bağışladım. qalın / maraqlı
2.Müəllim ... şagirdləri yarışa göndərdi. ucaboy / çalışqan
3.Mahir ... kresloda əyləşdi. qara / yumşaq
4.... çiçəklər bağçaya yaraşıq verirdi. ətirli / qırmızı
5.Otağın küncünə ... çarpayı qoyulmuşdu. ağ / möhkəm
Əlamət bildirən sifətlər: yumru, gözəl, ucaboy, qırmızı, boz
1. Külək dadlı almaları yerə tökdü.
2. Nənə şirin kökələr bişirdi.
3. Balaca Əsli ağıllı qızdır.
4. Səməd cəsarətli oğlandır.
5. Acgöz canavar tələyə düşdü.