Nə anladın?
B “Pinqvin balası” mətnindəki hadisələrin ardıcıllığını müəyyən edin.
A. Ana pinqvin dəniz filindən balasının yerini soruşdu.
B. Delfinlər buz parçasını itələyərək sahilə gətirdilər.
C. Ana və ata pinqvinlər balaları ilə yuvaya qayıtdılar.
Ç. Bir gün səhər məlum oldu ki, pinqvin balası itib.
D. Delfin söz verdi ki, bala pinqvini tapacaq.
E. Ana pinqvin balasının itməsini Delfinə danışdı.
Yaradıcı iş
Sizcə, necə oldu ki, bala pinqvin itdi?
Bu haqda mətnə epizod əlavə edib danışın.
2-ci haşiyədəki məlumatdan istifadə edin.
Mətndəki obraz və hadisələr haqqında haşiyələrdə verilən əlavə məlumat şərh
adlanır. Şərhlər mətni daha yaxşı başa düşməyə kömək edir.
1. Pinqvinlər uça bilmirlər.
2. Pinqvinlər qanadlarından suda üzgəc kimi istifadə edirlər.
3. Pinqvinlərin boyu 120 santimetrə, çəkisi 45 kiloqrama çatır.
4. Pinqvinlər yumurta qoymaqla çoxalırlar.
5. Pinqvinlər balıq və başqa dəniz heyvanları ilə qidalanırlar.
6. Bala pinqvinlər qəhvəyi rəngdə olur, böyüyəndə isə ağ-qara olur.
Təqdimat
C Antarktida materikinin təbiəti və heyvanat aləmi haqqında