Delfin dedi:
– Biz dənizdə, buz parçasının üstündə bir
bala pinqvin görmüşük. Amma inanmıram ki,
o sənin balan olsun. Sən də bizim kimi ağ-qarasan.
Amma o, qəhvəyi rəngdə idi.
Bunu eşidən Ana pinqvin qışqırdı:
– O mənim balamdır. Böyüyəndə o da
mənim kimi ağ-qara olacaq.
Delfin onu sakitləşdirdi:
– Ağlama, biz sənə kömək edərik. Burada
otur, bizi gözlə.
Bunu deyib Delfin bir andaca okean
sularında yoxa çıxdı.
***
Ana pinqvin xəyallara daldı. Ata pinqvinlə
*
Antarktidanın sahilləri buzlaq-
lardan
ibarətdir. Bəzən iri buz
parçaları qayalardan qopur və
okean sularında üzür.
O, yavaş-yavaş sahilə yaxınlaşırdı. Birazdan pinqvinlər buzun üzərində
sevimli balalarını gördülər. Arxadan bir dəstə nəhəng ağ-qara delfin buz
parçasını sahilə doğru itələyirdi.
Üzən buz parçası sahilə yan alanda Ata və Ana pinqvinlər özlərini
balalarının üstünə atdılar. Onu aralarına alıb sahilə çıxardılar.
Xeyirxah delfinlər şən səslər çıxardılar. Onlar gördükləri işlə qürrələnirdilər.
Delfinlərin başçısı Ana pinqvinə dedi:
– Bir daha balanızı gözünüzdən qoymayın. Sağlıqla qalın.
Delfinlər təşəkkür gözləmədən üzüb getdilər. Pinqvin ailəsi isə şad-xürrəm
yuvaya qayıtdı.