69-cu səhifədə “Rikki-Tikki-Tavi” mətninin yarımbaşlıqları verilmişdir.
Söz birləşməsi şəklində olan bu yarımbaşlıqları nəqli və sual
cümlələri şəklində ifadə edin.
Cümlənin ifadə etdiyi fikir məlumat, sual və ya əmr şəklində ola bilər.
Cümlədəki fikrin necə ifadə olunması danışanın məqsədindən asılıdır.
Beləliklə, cümlənin məqsədə görə üç növü var:
1. Nəqli cümlə xəbər, məlumat verir, sonunda nöqtə qoyulur.
2. Sual cümləsi cavab tələb edir, sonunda sual işarəsi qoyulur.
3. Əmr cümləsi göstəriş, tapşırıq verir, sonunda nöqtə qoyulur.
1. Kitabın vərəqlərini əzmə.
2. Sevil məktəbə tələsir.
3. Aydın harada yaşayır?
4. Leyla üçüncü sinifdə oxuyur.
5. Aysel nə vaxt gələcək?
6. Oturan zaman kürəyini düz saxla.
7. Səma dərslərini həvəslə öyrənir.
8. Dərsə gecikməyin.
1. Ziya, kitab rəfi, yığışdırmaq;
2. Gülay, piano çalmaq, öyrənmək;
3. Mehriban dostlar, görüşmək;
4. Adil, yarış, iştirak etmək;
5. Şamil, park, gəzmək.