“Rikki-Tikki-Tavi” mətnindən manqust haqqında öyrəndiklərinizi
qeyd edin. Bu heyvan haqqında başqa nəyi bilmək istərdiniz?
4. Munqo ətyeyən heyvandır. Daha çox siçovul, kərtənkələ, ilan və quşlarla
qidalanır. Bundan başqa, o, müxtəlif həşəratlar, eləcə də əqrəb yeyir.
5.
Munqo ilanın ən qorxulu düşmənidir. O çəkinmədən zəhərli ilana hücum edir.
İlanın ətrafında fırlanaraq aldadıcı hərəkətləri ilə onu yorur. Nəhayət, fürsət tapıb
ilanın boğazından yapışır və möhkəm dişləri ilə başını bədənindən ayırır. Çox cəld
olduğuna görə ilan onu tuta bilmir.
6.
Munqo yırtıcı heyvan olsa da, bir çox yerlərdə insanlar bu heyvanı əhliləşdirib
evdə saxlayırlar. Çünki manqust olan evə, həyətə ilan və siçovullar yaxın gəlmir.
A. Munqo ilana qalib gələ bilərmi?
B. Munqonun görünüşü necədir?
C. Munqonu əhliləşdirmək olarmı?
Ç. Munqo nədir?
D. Munqo harada yaşayır?
E. Munqo nə ilə qidalanır?
Bədii mətndə yarımbaşlıqlar
epizodlara, informativ mətndə
isə məlumatlara aid olur.