C
Ətraf mühiti qorumaq üçün nə etmisiniz?
Sizcə, bunun topluma hansı faydası olub?
DÜNYANI DƏYİŞMƏK İSTƏYƏN QIZ
Gecə güclü külək əsmişdi. Dənizin dalğaları
minlərlə balığı qumlu sahilə atmışdı.
Səhər Aygün atası ilə dəniz kənarına gəlmişdi. O, qumda çapalayan balıqları
bir-bir götürüb dənizə atırdı. Atası ona yaxınlaşıb dedi:
– Qızım, gör sahildə nə qədər balıq var. Sənin əziyyətin heç nəyi
dəyişməyəcək.
Aygün əyilib yerdən növbəti balığı götürdü və dedi:
– Yox, ata, mənim əziyyətim bax bu balıq üçün hər şeyi dəyişəcək.
Aygün bunu deyib əlindəki balığı dənizə atdı. Ata gülümsəyib qızının başını
sığalladı.
Ç
Mətnin ideyasını müəyyən edin. Mətndə hansı cümlə ideyanın
açılmasına kömək edir?
D
Mənəvi dəyər bildirən sözləri həyatdan nümunələr gətirməklə
izah edin.
mərhəmət, yardımsevərlik, dostluq, məsuliyyət, vətənpərvərlik,
qənaətcillik, qayğıkeşlik
1-ci bölmə •
FƏRD VƏ TOPLUM