Mətnin davamını oxuyun. Öz təxminlərinizlə müqayisə edin.
ürəyincə idi. Naq və Naqayna isə
qəzəbdən özlərinə yer tapa bilmirdilər.
Naq qərara gəldi ki, gizlincə evə girib
Teddini sancsın.
Gecə vaxtı Naqla Naqaynanın söhbətini
eşidən Çuçundra tez Rikkinin yanına
qaçdı. Naqın intiqam planını ona danışdı.
Rikki Naqaynanı əzmək üçün fürsət
axtarırdı. Ancaq bu, asan deyildi.
Naqayna həm böyük, həm də çox
hiyləgər idi. O, bir göz qırpımında
evdən çıxıb yuvasına doğru şığıdı.
Rikki də onun arxasınca bağa qaçdı.
Naqayna yuvasına girəndə Rikki onun
quyruğundan tutdu. Amma Naqayna
çox güclü idi. O, Rikkini də sürüyərək
yuvasına apardı.