Nə anladın?
B Mətnə aid suallara cavab verin.
• Əsərdə hansı obrazlar var?
• Baş qəhrəman kimdir?
• Nəyə görə baş qəhrəmanın adı Rikki-Tikki-Tavidir?
• Rikkini kim xilas etdi?
• Naq hansı heyvanın adıdır?
• Rikki nəyə görə kobra ilə döyüşməyə hazırlaşırdı?
Bəzən mətndən kənarda tanış olmayan sözlərin izahı və ya əlavə məlumat
verilir. Buna haşiyə deyilir.
Mətndə haşiyənin aid olduğu sözün sonunda, adətən, ulduz işarəsi (*) qoyulur.
Düşün və cavab ver
Ç Sizcə, oxuduğunuz mətni bitmiş hesab etmək olarmı? Mətni necə davam etdirərdiniz?