Hansı heyvanlar ilanla döyüşə bilir? Şəkillərə baxın. Yəqin ki, kirpini
tanıdınız. Bəs digər heyvan haqqında nə bilirsiniz?
çəhrayı rəngdədir. Burnunun ucu daim hərəkətdədir: ətrafı qoxulayır ki,
təhlükədən xəbər tutsun. O, pəncələri ilə xəzini darayır, bəzən isə quyruğunu
fırça kimi qabardır. Təhlükə görəndə isə möhkəm qışqırır: rikk-tikk, tikki-tikki,
tavv.
Bu hekayədə Rikkinin kobraya qarşı mübarizəsindən danışılır. Ona bu işdə
dərziquşu* Darsi və siçovul Çuçundra
kömək etmişdi.
* dərziquşu
– sərçələr dəstəsindən kiçik
meşə quşu
uzaqlara apardı. Rikki özünə gələndə başının üstündə bir oğlan gördü. Bu,
Teddi idi. Rikkini onun ailəsi xilas etmişdi.
Onlar islanmış Rikkini quruladılar. Ona yemək və su verdilər. Bir neçə gün
sonra Rikki özünə gəldi. O bu qayğıkeş və mehriban ailəyə minnətdar idi.
Qəribə idi ki, Rikki indiyə qədər elə düşünürdü ki, insanlarla manqustlar
düşməndirlər. Ancaq Teddinin ailəsi Rikki ilə dost olmuşdu. Ona görə də Rikki
öz evinə dönməyib onlarla qalmağa qərar verdi.
Teddigilin bağçasında dərziquşu Darsi
yuva qurmuşdu.
Rikki bir gün bağçaya çıxarkən Darsinin
ağladığını gördü.
– Niyə ağlayırsan? – deyə soruşdu.
– Mənim balam ağacdan yerə düşmüşdü.
Naq onu yedi.
– Naq kimdir?