A. Evkalipt ağacının yarpaqları
B. Koalanın bədəninin uzunluğu
C. Koala Avstraliyada yaşayır.
Ç. Koalanın suya olan ehtiyacı
D. Koala otyeyən heyvandır.
Söz və söz birləşməsi müəyyən anlayışı ifadə edir. Cümlə isə fikir bildirir.
• meşə heyvanı
• Koala meşə heyvanıdır.
• Tenrekin iynəsi çoxdur.
• tenrekin iynəsi
• güclü xortum
• Filin xortumu güclüdür.
• Tənbəl koala çox yatır.
• tənbəl koala
• ağacın yarpağı
• Ağacın yarpağı yaşıldır.
• qəribə heyvan
• Kenquru qəribə heyvandır.
Cümlədə sözlər arasında əlaqə yaratmaq üçün çox zaman onlara şəkilçilər artırılır.
Aqil pəncərədən baxır.