C
Aşağıdakı mətni oxuyun. Abzasları uyğun yarımbaşlıqlarla adlandırın.
ZOLAQLI TENREK
Zolaqlı tenrek Afrikanın cənubunda, Madaqaskar adasında
yaşayır. Ona rütubətli və sıx meşələrdə rast gəlmək olar. Torpaqda yuva qurur.
Bu, kiçik ölçülü heyvandır. Bədəninin uzunluğu 15-18 santimetrə qədərdir. Çəkisi
150 qramdır. Quyruğu çox qısadır. Cırcırama kimi cırıldayır.
Zolaqlı tenrekin bədəni parlaq tüklü və rəngarəngdir. Dərisi xırda tikanlarla
örtülüb. Həm tükləri, həm də tikanları qara, sarı və ağ rəngdədir. Baş və sinə
hissəsində sarı rəng daha çox nəzərə çarpır.
Havadan asılı olaraq tenrek bədən temperatu-
runu
dəyişə bilir. Soyuq havada tez-tez
hərəkət edərək özünü isidir. Amma hava çox
soyusa, yuvasına girib qış yuxusuna gedir.
Həşəratlarla qidalanır. Yeni doğulmuş tenrek
balası bir neçə gün südlə qidalanır. Sonra
həşəratları yeməklə dolanır. 2-3 il ömür sürür.
Ç
Aşağıda verilmiş yeni məlumatlar hansı yarımbaşlıqlara uyğun gəlir?
1. Tenrekin bəzi növləri suda yaşayır. Onlar xərçənglərlə qidalanır.
2. Tenreklər tək yaşayırlar. Gündüzləri yuvalarında keçirir, gecə isə
daha aktiv olurlar.
3. Tenrekin müxtəlif növləri var. Bəzi növləri kirpi və siçovula bənzəyir.
Yaradıcı iş
D
Oxlu kirpi haqqında əldə etdiyiniz məlumatlar (səh. 63) əsasında
mətn yazın.
1. Verilmiş cümlələrdən istifadə edərək mətnin giriş və sonluq
hissələrini yazın.
• Oxlu kirpi məməli heyvandır.
• Son dövrdə sayı xeyli azalmışdır.
• Azərbaycanda rast gəlinən nadir heyvanlardan biri də oxlu kirpidir.
• Nəsli kəsilmək üzrə olduğundan ovlanması qadağan edilmişdir.
2. Mətnin əsas hissəsini yazarkən məlumatları yarımbaşlıqlar
altında qruplaşdırın.
2-ci fəsil •
Nadir meşə heyvanları