Hansı kisəli heyvanları tanıyırsınız? Bu heyvanlar haqqında
bildiklərinizi danışın.
Koalanın görünüşü necədir?
Koalalar qəhvəyi-boz rəngli olur. Onların uzunluğu
60-85 sm, çəkisi isə 4-15 kq olur.
Koala harada yaşayır?
Koalalara yalnız Avstraliyada rast gəlmək olar. Onlar,
əsasən, materikin cənubunda və şərqində, evkalipt
meşələri ilə zəngin yerlərdə yaşayırlar.
Koala necə yaşayır?
Bəzi heyvanlar sürü şəklində yaşayır. Koala isə tək
yaşamağı sevir. Günün böyük hissəsini ağac başında
yuxulayır. Ona görə də koala tənbəl heyvan hesab
olunur. O, iyirmi ilə qədər ömür sürür.
Koala nə ilə qidalanır?
Koala otyeyən heyvandır. O, evkalipt ağacının yarpaqları
ilə qidalanır. Bu ağacın yarpaqları su ilə zəngindir.
Koalanın suya olan ehtiyacını bu yarpaqlar ödəyir.
Son 100 ildə Avstraliyada yaşayan koalaların sayı kəskin şəkildə
azalmışdır. Buna səbəb onların ovlanması, tez-tez baş verən meşə
yanğınları və evkalipt meşələrinin məhv edilməsidir. Ona görə də
koala
ovuna qəti qadağa qoyulmuşdur.
Avstraliya kisəli hey-
vanlar
və rəngbərəng
quşlarla zəngin yerdir.
Bu materikdə yaşayan
kisəlilərdən biri də koa-
ladır.
Balaca koala hə-
yatının
böyük hissəsini
hündür evkalipt ağac-
larının
budaqlarında
keçirir.
Nə anladın?
B Doğru, yoxsa yanlış?
1. Koala kisəli heyvandır.
2. Koalanın uzunluğu bir metrdən çoxdur.
3. Avstraliyada evkalipt meşələri çoxdur.
4. Evkalipt ağacının yarpaqları su ilə zəngindir.
5. Koala sürü şəklində yaşayır.
6. Koala yatmaq istəyəndə ağacdan yerə düşür.