Düşün və cavab ver
• Afrika fili. Sürü halında yaşayır. Hündürlüyü 4 metrə yaxındır. Çəkisi 5 tondur. Güclü xortumunun ucunda burun dəlikləri yerləşir. Filin dişinin uzunluğu 2-3 metr, ağırlığı 80 kiloqramdır. Otyeyən heyvandır. Qırışmış, tüksüz dərisi var. Afrikanın çöllərində və meşələrində yaşayır.
• Mamont. Nəsli kəsilmiş nəhəng heyvandır. Bəzilərinin çəkisi 10-15 ton, hündürlüyü 5 metr olub. Şimalda soyuq iqlim şəraitində sürü halında yaşayıb. Uzun tükləri onu soyuqdan qoruyub. 4 metr uzunluğunda dişləri, güclü xortumu olub. Otla qidalanıb.