Fil dedi:
- Qədim zamanlarda şimalda mamontlar
yaşayıb. Mənə elə gəlir ki, sən mamont
balasısan.
- Deməli, mən sənin balan deyiləm? - deyə
mamont balası ağladı.
- Ağlama. Əslində, ikimiz də eyni nəsildənik.
Məncə, biz ana-bala ola bilərik.
Mamont balası sevincək qışqırdı:
- Axır ki, mən anama qovuşdum!
Mamont anasına sığındı. Fil də xortumu ilə
onu qucaqladı.
Dina Nepomnyaşayanın “Mamont balası
üçün ana” nağılı əsasında
Nə anladın?
B Mətnə aid suallara cavab verin.
• Necə oldu ki, mamont balası ayıldı?
• Mamont balası kimi axtarırdı?
• Mamont balası nə üçün Afrikaya yollandı?
1-ci qrup: ağ ayı və qonur ayı
2-ci qrup: morj və begemot
3-cü qrup: şimpanze və qorilla
4-cü qrup: dinozavr və ixtiozavr