Bu dünyada o qədər
Maraqlı heyvanlar var.
Hərəsi bir möcüzə:
Ceyran, manqust1,canavar.
Zürafənin, bəbirin
Nə gözəl xalları var.
Maralın buynuzların
Sanki əllə yonublar.
Okapi2, pələng, zebrin
Naxışları rəngbərəng.
Kim çəkib zolaqların
Səliqəli, həm qəşəng?
Koalayla kenquru
Balalardan doymurlar.
Kisədə böyüdürlər,
Gözlərindən qoymurlar.
Pinqvin, dəvəquşu
Uça bilməyən quşdur.
Tenrek3 iynələrindən
Düşməninə tanışdır.
Hər heyvanın müxtəlif,
Sirli həyat tərzi var.
Bir-birindən maraqlı,
Qəribədir heyvanlar.
Şəhla Zahidova