Mister Foq Paspartuya dedi:
- Paspartu, qarşıda bizi Nyu-York gözləyir. Oradan isə vətənə - Londona!
Sevinmək lazımdır, Paspartu, biz qalib gəlirik. Mən mərci udmaq üzrəyəm.
Biz çox şey qazandıq.
- Cənab, bu səyahət üçün az qala
var-dövlətinizin yarısını xərclədiniz.
Nə qədər təhlükələrlə üzləşdiniz.
Buna qazanmaqmı deyirsiniz?
- Paspartu, əlbəttə, qazanmışıq.
Neçə ölkə, şəhər gördük. Neçə xalqın
mədəniyyəti, adət-ənənələri ilə tanış
olduq. Londonda oturmaqla bu
dünyagörüşünü qazana bilməzdik. Bu
qazanc heç bir pulla ölçülə bilməz.
Jül Vern
Nə anladın?
B Uyğunluğu müəyyən edin.
1. Fransa
2. Misir
3. Bombey
4. Nyu-York
A. Asiya
B. Amerika
C. Afrika
Ç. Avropa
Yaradıcı iş
C Siz hansı yerlərə səyahət etmək istəyirsiniz? Nümunəyə əsasən